Tərlan Əhmədov: "Psixoloji səddi aşa bildik"

Tərlan Əhmədov: "Psixoloji səddi aşa bildik"

"Bu cür oyunlar derbidir, rəqibimiz güclü komanda idi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov "İnter"lə matçdan sonra deyib. O, qarşılaşmanın çətin kəçdiyini deyib: "Oyunun çətin keçəcəyi öncədən məlum idi. Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi, psixoloji səddi aşa bildik. Oyunçularımın qarşısında baş əyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə