Rail Məlikov "Qəbələ" azarkeşlərinə minnətdarlıq etdi

Rail Məlikov "Qəbələ" azarkeşlərinə minnətdarlıq etdi
"Qəbələ" Topaz Premyer Liqasının 6-cı turunun AZAL ilə səfər oyunu öncəsi ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, bölgə təmsilçisinin əsas heyət oyunçularından olan Rail Məlikov sıradan çıxıb. Hazırda Bakıda olan müdafiəçi klub saytına açıqlamasında zədələndiyinə görə məyus olduğunu, ən qısa müddətdə zədəsini bərpa edib komandanın sıralarına dönmək istədiyini vurğulayıb. O, diqqətə görə "Qəbələ" İdman Klubuna təşəkkür edib: "Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki, bu dəfə çox ağır zədələndim. Sabah əməliyyat üçün Türkiyəyə yollanacam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm. Klub rəhbərliyinə, həkim heyətimizə diqqətə və dəstəyə görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə