“Xəzər Lənkəran”ın forvardı diqqət mərkəzində

“Xəzər Lənkəran”ın forvardı diqqət mərkəzində

U-17-nin əsas qol ümidi, iştirak etdiyi bütün turnirlərdə Azərbaycan millisinin qol silahı olan Elnur Cəfərov yenə "dinc" dayanmayıb. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran" klubunun yetişdirdiyi istedad komandanın düşərgəsini iki gün öncə tərk edib, U-17 millimizin İstanbul toplanışı çərçivəsində "Beşiktaş"lı həmyaşıdları ilə keçirilən matçda növbəti qolunu vurub. 1:1 hesabı ilə başa çatan qarşılaşmada "Xəzər Lənkəran"lı forvard yenə də öz oyunu ilə diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə