Rəşad Sadiqov:“Çətin oyun olacağını bilirik"

Rəşad Sadiqov:“Çətin oyun olacağını bilirik"

"Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının VI turunun "İnter"lə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, futbolçu matçın çətin: "Çətin oyun olacağını bilirik. "İnter"in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq. Komanda olaraq yalnız qələbəyə köklənmişik. Sabahkı oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə