Seçim xarakterli zona yarışlarına start verilir

Seçim xarakterli zona yarışlarına start verilir

2013-cü ilin təqvim planına əsasən, oktyabrın 11-13-də Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirə turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, sentyabrın 15-dən etibarən turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın təşkil olunması həm də 2014-cü ildə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

1997-98-ci il təəvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-nin nümayəndəlikləri tərəfindən keçiriləcək və zonalar üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Rəşid Məmmədbəyovun xatirə turnirinində iştirak hüququ əldə edəcəklər.

Sentyabrın 14-də Şamaxı, 15-16-da Yevlax, 17-18-də Sumqayıt, 21-22-də Gəncə, 23-24-də Lənkəranda seçim xarakterli yarışlar keçiriləcək.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq. Reqlamentə əsasən, sentyabrın 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə