Lansda yüksək səviyyəli görüş

Lansda yüksək səviyyəli görüş

Ötən gün "Lans" klubunun prezidenti Jerve Martel, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və Lans şəhərinin meri Rober Silveynin iştirakı ilə "Lans" Futbol Klubunun akademiyasında təlim-məşq toplanışında olan "Bakı"nın U-15 komandası ilə görüş keçirilib. Siasport.az saytının məlumatına görə, klub prezidenti Jerve Martel tədbir iştirakçılarını salamlayaraq, "Bakı" klubunun aşağı yaş qrupu üzrə komandasını Lansda görməyinə şad olduğunu bildirib.

Səfir Elçin Əmirbəyov isə klublar arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək, bunun hər iki ölkə üçün vacib olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə