Sergen Yalçın Fatih Terimin müdafiəsinə qalxdı

Sergen Yalçın Fatih Terimin müdafiəsinə qalxdı

"Beşiktaş"ın keçmiş kapitanı və hazırda futbol şərhçisi olan Sergen Yalçın, "Qalatasaray"ın və futbol üzrə Türkiyə millisinin baş məşqçisi olan Fatih Terim haqqında açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, S.Yalçın, Rumıniya üzərində qazanılan 2:0 hesablı qələbədən sonra bir çox Türkiyə KİV-lərində "imperator"un həm "Qalatasaray"ı, həm də milli komandanı əlində "kozır" olaraq istifadə etməsi barədə yazılan fikirləri rüsvayçılıq adlandıraraq, F.Terimin müdafiəsinə qalxıb: "Bütün bu fikirlər və şərhlər olduqca rüsvayçılıqdır. Bir çox adamlar kimin haqqında danışdıqlarının fərqində deyillər. Cəmi bir neçə gün bundan əvvəl bu komandanın artıq Dünya Çempionatı ilə vidalaşması barədə yazılar yazırdıq. İndi isə, artıq vəziyyət tam başqa cürdür. F.Terim böyük bir möcüzəni gerçəkləşdirə biləcək dünya səviyyəli mütəxəssisdir. Adam danışanda kimin barəsində danışdığını əvvəlcə yaxşıca fikirləşməlidir."

Bütün xəbərlər Facebook səhifəmizdə