"İnanıram ki, bunun öhdəsindən gələcəyik"

"İnanıram ki, bunun öhdəsindən gələcəyik"

"Neftçi" PFK-nın yarımmüdafiəçisi Araz Abdullayev 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İsrail - Azərbaycan oyunu (1:1) ilə bağlı fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, o, maraqlı oyun keçdiyini qeyd edib: "Fikrimcə, azarkeşlər maraqlı oyunun şahidi oldular. Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xalı yaxşı nəticə saymaq olar. Milli komandaya mütəmadi dəvət almaq üçün daim yaxşı formada olmalısan. "Neftçi"də olduğu kimi, burada da böyük rəqabət var. Seçmə mərhələdəki növbəti oyunumuzu evdə Şimali İrlandiyaya qarşı keçirəcəyik. Qələbə qazansaq, turnir cədvəlində 4-cü pilləyə yüksələcəyik. İnanıram ki, bunun öhdəsindən gələcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə