"Qarabağ" klubu "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar Ağdam təmsilçisi məşqlərini sadəcə 10 futbolçu ilə davam etməyə məcbur olmuşdu. Artıq Azərbaycan millisinin düşərgəsində olan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov geri dönüblər. Amma Ansi Aqolli, Admir Teli hələ də Albaniya, Nikolas Gelaşvili isə Gürcüstan yığmasının düşərgəsindədir. Ulrix Kapolonqo isə Konqo DR-in heyətində qol vuraraq millisini məğlubiyyətdən qurtarıb, geri dönür.
Qeyd edək ki, "Rəvan" - "Qarabağ" oyunu sentyabrın 13-ü, saat 19:00-da "Bayıl Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB