"Qəbələ"nin əsas komandasının düşərgəsində 2 yeni futbolçu

"Qəbələ"nin əsas komandasının düşərgəsində 2 yeni futbolçu

Premyer Liqanın VI turu çərçivəsində paytaxtda baş tutacaq AZAL - "Qəbələ" oyununun hazırlıqlarını davam etdirən "qırmızı-qaralar"ın düşərgəsinə iki yeni futbolçu qatılıb. Siasport.az saytının məlumatına görə, bunlar "Qəbələ"nin əvəzedicilər heyətində top qovan Müşfiq Teymurov və Murad Musayevdir. Ampluaca müdafiəçi olan futbolçulardan Müşfiq 1993-cü il, Murad isə 1994-cü il təvəllüdlüdür.

Xatırladaq ki, hər iki futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə