"Fənərbaxça"nın hollandiyalı forvardı Dirk Kuyt, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı ulduz futbolçu bir daha "Fənərbaxça"ya, onun sədaqətli və güclü azarkeşlərinə heyran qaldığını deyərək, hələ uzun zaman bu komandada çıxış etmək istədiyini elan edib. Bu il "Fənərbaxça" ilə Türkiyə çempionluğunu qazanacaqlarını bildirən ulduz futbolçu, "Fənərbaxça" tərəfdarlarına çempoinluq sözü verib: "Bu il möhtəşəm azarkeşlərimizə çempionluq sözü verirəm. Biz buna qadir olan komandayıq. UEFA-nın verdiyi cəza bizi üzdü, amma sındırmadı. Bu qüvvə ilə bizə ancaq çempionluq yarasır. Mən bu komandaya bağlıyam və "Fənərbaxça"dan heç yana getməyi düşünmürəm. Düzdür, burada aldığım pul yüksəkdir. Amma məni "Fənərbaxça"ya pul yox, sevgi birləşdirir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB