Güləş üzrə dünya çempionatı: Milli komandalarımızın heyətləri açıqlandı SİYAHI

Güləş üzrə dünya çempionatı: Milli komandalarımızın heyətləri açıqlandı SİYAHI

16-22 sentyabr 2013-cü il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, dünya çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərovun bu gün keçirdiyi mətbuat konfransında açıqlanıb.

Sərbəst güləşçilərin heyətində Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər Semyon Çterev və David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Anjela Doroqan (48 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (67 kq) təmsil edəcək.

Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Şahram Elyasinin rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakimlər Əjdər Cəfərov və Hicran Şərifov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə