"Güləş idman növünün 2020-ci il Olimpiya Oyunlarının proqramına salınması üçün Azərbaycanda bir çox işlər görülüb". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov bu gün keçirilən mətbuat konfransında deyib. O, Azərbaycanda kiçik və yeniyetmə güləşçilər arasında yarışlar keçirildiyini və nəticəsinin Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndərildiyini, bununla güləşə marağın nə dərəcədə yükəsk olduğunun göstərildiyini qeyd edib. Baş katib "Sahil" bağında güləş ictimaiyyətinin aksiya keçirdiyini və BOK-a müraciət ünvanlandığını bildirib: "Digər ölkələrdə də belə aksiyalar keçirildi və bütün dünya güləşi sevdiyini BOK-a bildirdi. 49 səslə güləş digər növləri qabaqlayaraq, olimpiadanın proqramına salındı".
Baş katib BOK-un FİLA-ya iradlarını bildirdiyini və FİLA-nın həmin məslələrlə ciddi məğul olduğunu qeyd edib: "BOK qadın güləşinin kişi güləşi ilə eyni çəkidə olmamasını irad bildirdi. Bundan sonra FİLA da qərara aldı ki, hər 3 növdə 6 çəki dərəcəsi olsun. Bu çəki dərəcələri isə sentyabrın 16-17-də FİLA-nın İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək. Yeni qaydalar növbəti dünya çempionatı istisna olmaqla bütün yarışlara şamil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB