Cavid İmamverdiyev: "Milli komanda günü-gündən daha yaxşı təsir bağışlayır"
"Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Cavid İmamverdiyev deyib. O, bu hesabın (1:1) yaxşı nəticə olduğunu qeyd edib: "Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə, yaxşı nəticədi. Hiss olunur ki, milli komanda günü-gündən daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Mən də öz növbəmdə çalışacam ki, "Neftçi"nin heyətində möhkəmlənib, mütəmadi olaraq milli komandanın heyətinə dəvət olunum".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB