Topaz Premyer Liqasında yaranmış fasiləyə görə Tiflisdə təlim-məşq toplanışında olan "Simurq" yoxlama görüşü keçirib. Siasport.az saytının məlumatına görə, "Lokomotiv" FK-nın təlim-məşq bazasında keçirilən maçtda komandanın rəqibi Rustavinin "Metallurq" klubu olub.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Simurqun qolunu Salif Ballo vurub.
Qeyd edək ki, "Simurq" toplanışı başa vuraraq ölkəyə dönüb. Bir günlük istirahətdən sonra komanda yenidən bir araya gələrək, növbəti turun hazırlıqlarına start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB