"Şaxtyor"un baş məşqçisi olan rumıniyalı Mirça Luçesku, futbol üzrə "DÇ-2014"çərçivəsində bu axşam keçiriləcək Türkiyə-Rumıniya qarşılaşması barədə danışıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis bu qarşılaşmada həmyerlilərinin türklər üzərində qələbə qazanacağına inandığını elan edib: "Milli komandamızın Macarıstan üzərindəki 3:0 hesablı qələbəsi çox şeydən xəbər verir. Mən belə hesab edirəm ki, milli komandanın düşərgəsində olduqca gözəl əhval ruhiyyə hökm sürür. Biz bu qarşılaşmada türklərə qalib gələcəyik. Buna çox inanıram."deyə M.Luçesku fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB