Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, uzun fasilədən sonra komanda ilə məşqlərə başlayan Pərdis Fərcad-Azad zədəsini tam sağaldıb. Bu barədə futbolçunun özü açıqlama verib: "Futbol üçün çox darıxmışam. Artıq zədəm tam sağalıb. Var qüvvəmlə məşqlərdə hazırlaşıram. Son turda "Rəvan"la görüşdə təxminən 20 dəqiqə meydanda oldum. Düzdür, hələ tam hazır sayıla bilmərəm, amma yaxın günlərdə əvvəlki formamı bərpa edib, qollarımı vurmağa davam edəcəm. Məşqçilər korpusu məsləhət bilsə, "Simurq"la görüşdə meydana çıxa bilərəm".
Qeyd edək ki, Pərdis 2012/2013 mövsümündə "Sumqayıt" FK-nun heyətində Topaz Premyer Liqasında 23 oyunda meydana çıxıb (1768 dəqiqə) və 9 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB