Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi müəyyənləşdi

Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi müəyyənləşdi

Bakıdakı "Elite Horse Club"da polo üzrə dünya kuboku yarışları başa çatıb. Siasport.az saytının məlumatına görə, üçüncü yer uğrunda Böyük Britaniyanın "Bentli" və ABŞ-ın "Monblan" komandaları qarşılaşıblar. Rəqibini 9:6 hesabı ilə məğlub edən "Bentli" komandası yarışları üçüncü pillədə başa vurub.
Həlledici görüşdə "Çopard" (Argentina) və "Baltika" (Avropa) komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə "Baltika"nın xeyrinə yekunlaşıb.
Qeyd edək ki, "Polo Vətəninə qayıdır" şüarı altında keçirilən yarışda 8 komanda iştirak edib. Bunlardan dördü - "Çopard" (Argentina), "Bentli" (Böyük Britaniya), "Monblan" (ABŞ) və "Baltika" (Avropa) peşəkar komandalardır.
Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş "Qarabağ", "Göyəzən", eləcə də "Milla Qrin" və "Milla Vayt" kollektivləri də mübarizə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə