Premyer Liqanın son turundan sonra məşqlərə fasilə verməyən "Xəzər Lənkəran" Qəbələdə təşkil olunan təlim-məşq toplanışını başa çatdırıb. Siasport.az saytının məlumatına görə, beynəlxalq qarşılaşmalarla əlaqədar yaranan fasilə zamanı komandanın bir sıra futbolçuları millinin heyətində oyunlar keçirib. Kapitan Rahid Əmirquliyev Azərbaycan yığmasının heyətində İsrailə qarşı oyunda (1:1) gözəl zərbə ilə hesabı açaraq millinin səfər matçlarında vurduğu 50-ci qolun müəllifi olub. Yarımmüdafiəçi Nikola Qliqorov isə Makedoniya yığmasının Uels üzərində qələbə qazandığı qarşılaşmada (2:1) start fitindən final fitinə kimi meydanda mübarizə aparıb.
Qeyd edək ki, iki gün sonra Makedoniya seçmə mərhələ çərçivəsində Şotlandiya ilə üz-üzə gələcək.
Onu da nəzərinizə çatdıraq ki, bu gün istirahəti yekunlaşdıran "Xəzər Lənkəran" axşam məşqi ilə hazırlıqlarını bərpa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB