Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib. Siasport.az saytının məlumatına görə, yarışın ilk günündə milli komandamızın 2 üzvü rinqə çıxıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu idmançısı Masinq Varavararı məğlub edib. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb - 30:22, 30:22, 30:24.
Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdəcə yarışla vidalaşmalı olub. Həmyerlimiz Gürcüstan təmsilçisi Rati Tlaşadze ilə dueldən məğlub ayrılıb - 0:3 (27:30, 28:29, 27:30).
Qeyd edək ki, sentyabrın 15-dək davam edəcək yarışda 52 ölkənin 351 boksçusu mübarizə aparır.
Bu gün milli komandamızın daha 5 üzvü rinqə çıxacaq:
50 kq: Ümid Rüstəmov – Varinder Sinqh (AİBA)
66 Kq: Rövşən Musayev – Rayan Skayf (Yeni Zelandiya)
80 kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə)
70 kq: Hüseyn Tarverdili – Vardan Kosyan (Ermənistan)
57 kq: Pərviz Quliyev – Boburmirzo Tolibov (Özbəkistan)
48 kq: Elşən Qafarlı – Banal Hipolito (Filippin)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB