Güləşin qələbəsinə Azərbaycan töhfəsi

Güləşin qələbəsinə Azərbaycan töhfəsi

Xəbər verdiyimiz kimi, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növünün 2020-ci ildə Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının proqramında saxlanılması ilə bağlı qərar qəbul ediilib.

Siasport.az saytının məlumatına görə, BOK üzvlərinin güləşə yaşıl işıq yandırmasında Azərbaycan güləşinin də payı olub. Belə ki, FİLA-nın yeni prezidenti Nenad Laloviç təqdimatını Azərbaycan güləşinin London Olimpiadasında tarixi zəfərini əks etdirən foto ilə bitirib. Həmin slayddakı fotoda olimpiya çempionumuz Şərif Şərifov məşqçi Firdovsi Umudovun çiynində əks olunub.

Xatırladaq ki, BOK-un 125-ci Sessiyasında Azərbaycandan qonaq qismində gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə