"Azərbaycan Dəmir Yolları" QSC-də bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, dəmiryolçularınn bu sahədəki fəaliyyətlərinin canlandırılması, onların sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunmaları məqsədi ilə sentyabr ayının 7-də Nabran qəsəbəsindəki "Lokomotiv" İstirahət Mərkəzinin idman komplesində növbəti idman spartakiadasına start verilib. Siasport.az saytının məlumatına görə, spartakiadanın açılışında çıxış edən MHİRK-in sədri Fəzail Bağırov bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Onun sözlərinə görə, bütün bu işlərdə Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə daim işbirliyi nümayiş etdirib.
Sədr qeyd edib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir: "Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu-idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hazırda "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzində 8 idman növü, o cümlədən voleybol, futbol, stolüstü tennis, komandan ox atma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2000 nəfərdən çox dəmiryolçu-idmançı məşğul olur.
Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spatakiadası keçirilir. Bu dəfəki yarışların bir hissəsi Nabran qəsəbəsində "Lokomotiv" İstirahət Mərkəzində reallaşır".
Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.
Daha sonra yarışlara start verilib.
Sərnişin daşımaları, İnfrastruktur və Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentlərinin, YD-nin yük daşımaları, lokomotiv və vaqon təsərrüfatlarının komandaları idmanın voleybol, mini-futbol, stolüstü tennis və nərd üzrə yarışları üzrə mübarizəyə qatılıblar.
Qeyd edək ki, dəmiryolçuların idman spartakiadası bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB