Bu gün saat 22:45: İsrail - Azərbaycan

Bu gün saat 22:45: İsrail - Azərbaycan

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası bu gün son səfər oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, millimiz Ramat Gan şəhərindəki eyniadlı stadionda İsrail yığması ilə qarşılaşacaq. Yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Stefan Johannesson

Baş hakimin köməkçiləri: Stefan Wittberg, Fredrik Nilsson

Dördüncü hakim: Michael Lerjeus

(Hakimlər briqadası İsveçdəndir)

Hakim-inspektor: Miroslav Radoman (Serbiya)

Komissar: Jean-François Crucke (Belçika)

Bütün xəbərlər Facebook səhifəmizdə