Yunanıstanın basketbol üzrə yığma komandası Sloveniyada keçirilən Avropa çempionatında İsveç yığmasını 79:51 hesabı ilə məğlub edib. Siasport.az saytının məlumatına görə, matçın ən məhsuldar oyunçuları isveçli Ceffri Teylor (16 xal) və yunanıstanlı Vasilias Spanulis (13 xal) seçilib. Həmin qrupda (D) iştirak edən digər komandalar arasında keçirilmiş görüşlərin nəticələri belədir:
İspaniya - Xorvatiya 68:40
Çernaqoriya - Makedoniya 81:80
Ukrayna - Belçika 58:57
Finlandiya - Türkiyə 61:55
Latviya-Bosniya və Hersoqovina 86:75
Gürcüstan - Polşa 84:67
İngiltərə - İsrail 75:71
Qeyd edək ki, çempionat sentyabrın 22-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB