Yamaykalı sprinter Useyn Bolt 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları başa çatdıqdan sonra idmanla birdəfəlik vidalaşacağını bildirib. Siasport.az saytının məlumatına görə, 6 qat dünya çempionu bu yarışda da iştirak etmək və kolleksiyasına yeni medallar əlavə etmək fikrindədir. Moskvada keçirilən dünya çempionatında 3 qızıl medala yiyələnən 27 yaşlı idmançı sentyabrın 6-da Brüsseldə keçiriləcək 2013-cü ilin son turnirində də iştirak edəcək.
Useyn Bolt jurnalistlərin "İdmandan nə vaxt gedəcəksiniz?", sualına belə cavab verib: "Əgər mən məşhur Məhəmməd Əli və Pele kimi yaddaşlarda qalmaq istəyirəmsə, idman karyeramı axıra kimi saxlamağı bacarmalı, idmanı məğlubiyyətsiz tərk etməliyəm. Bu isə yəqin ki, XXXI Yay Olimpiyadasından sonra baş tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB