Bu gün Almaniya və İsveçrədə qadın voleybolçular arasında Avropa çempionatı başlayacaq. Siasport.az saytının məlumatına görə, qitə birinciliyində iştirak hüququ qazanan Azərbaycan millisi də ilk matçına çıxacaq. Baş məşqçi Faiq Qarayevin yetirmələri Xorvatiya millisi ilə qarşılaşacaq.
Almaniyanın Drezden şəhərində keçiriləcək oyun saat 20:30-da başlayacaq. Qrupun digər oyununda isə Rusiya millisi Belarus voleybolçuları ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB