Erik Abidal Qvardiolaya görə "Barselona"nı tərk edib?

Erik Abidal Qvardiolaya görə "Barselona"nı tərk edib?

Fransanın "Monako" klubunun müdafiəçisi Erik Abidal sabiq baş məşqçisi Pep Qvardiola haqda danışıb. Siasport.az saytı xəbər verir ki, fransız futbolçu "L'Equipe"ə açıqlamasında Qvardiolanın yoxluğunda "Barselona"da qalmaq istəmədiyini bildirib: "Qvardiola "Barselona"dan ayrılmasaydı, mən də bu komandada qalardım. Onu çox bəyənirəm və müntəzəm olaraq əlaqə saxlayıram. Pep böyük məşqçidir və "Barselona"da mənə hər zaman şans verirdi. Ancaq təəssüf ki, yollarımız ayrıldı. Müqaviləmin müddəti başa çatdı və qərar verməli idim. Nə qədər ağır olsa da, "Barsa"dan getməli oldum. Burada puldan söhbət gedə bilməz. Sadəcə komamdamla müqaviləm başa çatdı və ayrıldım. Hazırda "Monako"da oynadığım üçün çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə