"Kiminsə əvəzinə 10-15 dəqiqəlik meydana çıxmaq fikrində deyiləm”

"Kiminsə əvəzinə 10-15 dəqiqəlik meydana çıxmaq fikrində deyiləm”

Almaniyalı Mario Qomes ötən yay transfer mövsümündə "Real" (Madrid) klubuna keçmək təklifi alsa da, "Fiorentina"da qalmağa üstünlük verib. Siasport.az saytının məlumatına görə, Qomes "Kicker"ə müsahibəsində baş məşqçi Ançelottinin onunla şəxsən maraqlandığını, ailəsinin də "Real"ın pərəstişkarı olduğunu bildirib: "Mən ona diqqətinə görə təşəkkür etdim və Florensiyada oynamaq istədiyimi dedim. Klub nə qədər cəlbedici olsa da, mən kiminsə əvəzinə 10-15 dəqiqəlik meydana çıxmaq fikrində deyiləm".

Qeyd edək ki, Qomes "Fiorentina"ya "Bavariya"dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə