Millimizin məşqçiləri rəqiblərimizin oyunlarını izləyəcəklər

Millimizin məşqçiləri rəqiblərimizin oyunlarını izləyəcəklər

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin F qrupunda iki oyunu Azərbaycan yığmasının məşqçiləri izləyəcəklər. Siasport.az saytının məlumatına görə, sentyabrın 10-da Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Şimali İrlandiya oyununu Aslan Kərimov, həmin gün Sankt-Peterburq şəhərində keçiriləcək Rusiya - İsrail qarşılaşmasını isə Nazim Süleymanov izləyəcək.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə