Elxan Məmmədov: "Bu iş elədir ki, “əgər” sözü ilə danışmaq mümkün deyil"

Elxan Məmmədov: "Bu iş elədir ki, “əgər” sözü ilə danışmaq mümkün deyil"

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandanın baş məşqçisi Berti Foqtsla müqavilənin uzadılıb-uzadılmayacağı barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, baş katib səbr etmək lazım olduğunu qeyd edib: "Bu iş elədir ki, "əgər" sözü ilə danışmaq mümkün deyil. Çünki hazırda Foqtsla müqaviləmiz var. İlin sonunda müqavilə başa çatandan sonra AFFA İcraiyyə Komitəsi bu haqda öz qərarını verəcək. Bu gün mənim bu məsələ ilə bağlı şəxsi fikrimi səsləndirməyim komitə üzvlərinə və komandaya qarşı təzyiq ola bilər. Ona görə də gəlin, səbir edək".

Bütün xəbərlər Facebook səhifəmizdə