DÇ-2014-də iştirak etmək istəyənlərin sayı artmaqdadır

DÇ-2014-də iştirak etmək istəyənlərin sayı artmaqdadır

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı matçlarında iştirak etmək istəyən sifarişçilər tərəfindən daxil olan müraciətlərin sayı artmaqdadır. Siasport.az saytının məlumatına görə, FİFA-nın baş katibi Jerom Valke bildirib ki, təkcə son 3 həftədə 3,5 milyon bilet sifarişi daxil olub. Sifarişçilərin 500 mini final matçında iştirak etmək istəyənlərdir. Final matçı 13 iyulda 73 min tamaşaçı tutumu olan "Marakano" stadionunda keçiriləcək. Biletlər avqustun 30-dan satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə