"Bakı" U-15 komandası Fransanın "Lans" klubunun təlim-məşq bazasında ilk məşqini keçirib. Siasport.az saytının mıəlumatına görə, məşqdən öncə komandanın oyunçularına "Lans"ın oyun forması hədiyyə olunub.
Qeyd edək ki, futbolçular hədiyyə olunmuş formalarda məşqə çıxıblar. Məşq "Lans" U-15 komandasının baş məşqçisi Herve Arsenenin rəhbərliyi altında keçirilib. İlk təlim texniki xarakter daşıyıb.
Məlumat üçün bildirək ki, məşqlərin gündə iki dəfə keçirilməsi planlaşdırılır. Təlimlərdə əsasən texniki və taktiki təmrinlərə diqqət yetirləcək.
Qeyd edək ki, futbolçular bu gün axşam yerli vaxtla saat 19:00-da "Lans" FK-nın Akademiyasında "Lans" və Belçika 1-ci liqasının "Mons" komandası arasında təşkil olunacaq yoldaşlıq oyununu izləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB