Nani daha 5 il "Mançester Yunayted"də!

Nani daha 5 il "Mançester Yunayted"də!

"Mançester Yunayted" portuqaliyalı futbolçusu Luiş Nani ilə müqaviləni yeniləyib. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıblar. Bu barədə "Mançester Yunayted"in rəsmi saytı da açıqlama yayıb. Məlumatda deyilir ki, portuqaliyalı futbolçu daha 5 il "qırmızı şeytanların" uğurları üçün çalışacaq. Qeyd edək ki, Nani 2007-ci ildə Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə