“Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!!! devzi altında aksiya keçirildi
Azərbaycan Güləş Federasiyası (AGF) Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə birgə "Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!!!" devizi altında aksiya keçirib. Siasport xəbər verir ki, aksiya "Sahil" bağında təşkil olunub.
Tədbirdə AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərin nümayəndələri iştirak ediblər.
Olimpiya, dünya, Avropa çempionları və mükafatçılarının iştirak etdiyi aksiyada AGF-nin baş katibi Əjdər Cəfərov bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da güləşə böyük maraq var: "Ümid edirik ki, 7-8 sentyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında güləş idman növü 2020-ci il Olimpiya Oyunlarına daxil ediləcək".
Daha sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək güləş idman növünün önəmliliyindən və Olimpiya Oyunlarında bu növə olan maraqdan danışıb: "Güləş Olimpiyadalar tarixində ən qədim idman növüdür. İdman növləri içərisində qədim tarixə malik olan güləş Olimpiya oyunlarında mütləq qalmalıdır. Hesab edirik ki, haqq-ədalət zəfər çalacaq".
Sonda Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ünvanlanacaq müraciət oxunub.
Xatırladaq ki, 7-8 sentyabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyası keçiriləcək. Sessiya zamanı 2020-ci il Olimpiya Oyunlarında güləş idman növünün saxlanılması barədə BOK-un yekun qərarı məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB