"Çelsi" klubunun çalışdırıcısı hücumçu Demba Banın "Arsenal"a transferinə şəxsən veto qoyub. Siasport.az-ın verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis rəqib komandanın Məsud Özildən sonra daha bir futbolçu ilə gücləndirilməsinin əleyhinə olduğu üçün bu addımı atıb. Ona görə də Mourinyo seneqallı hücumçunun "Arsenal"a satılması barədə danışıqları bilərəkdən axşam vaxtına təyin etmiş, bir neçə saatdan sonra isə yay transferi mövsümü başa çatdığı üçün tələb olunan sənədləşmə işlərinin yerinə yetirilməsi mümkün olmamışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB