"Bakı" "Lokomotiv"i darmadağın etdi

"Bakı" "Lokomotiv"i darmadağın etdi

"Xəzər Lənkaran"la oyuna hazırlaşan "Bakı" klubu yoldaşlıq matçı keçirib. Siasport.az saytının məlumatına görə, komanda "Lokomotiv"lə qarşılaşıb. Oyunda "Bakı" 5:0 hesablı qələbə qazanıb.

"Bakı"nın start heyəti: Nureddinoski, Pelageas, Alvarez, Manafov, V. Abdullayev, R. Hacıyev, E. Məmmədov, Ristoviç, V. Mustafayev, E. Hüseynov, Pena.

Qeyd edək ki, "Bakı"nın heyətində Şoliç dubl edib, Elvin Məmmədov, Horvat və Mədətov isə hərəyə bir dəfə fərqləniblər.

Komanda Topaz Premyer Liqasının növbəti turuna hazırlıqlarını sabah keçiriləcək məşqlə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə