Dünya çempionatının bütün iştirakçıları müəyyənləşib

Dünya çempionatının bütün iştirakçıları müəyyənləşib

Qadın voleybolçular arasında keçiriləcək klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. Siasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu "Rabitə"nin ardıcıl iki il qatıldığı yarış bu dəfə təmsilçimiz olmadan keçiriləcək.
Cari ildə dekabrın 8-dən 13-dək İsveçrənin Sürix şəhərində təşkil olunacaq yarışa meydan sahibi kimi qatılacaq "Volero" və 5 konfederasiyanın qalibi çıxış edəcəkdir. Bunlar Avropa Çempionlar Liqasının qalibi "Vakifbank" (Türkiyə), Cənubi Amerikanın ən yaxşısı "Unilever" (Braziliya), Afrika təmsilçisi "Keniya Prisons" (Keniya), Asiya klublararası çempionatının qalibi "Quanqdonq Everqrand" (Çin) və Şimali Amerikada hamını üstələyən "Yova Ays" (ABŞ) komandalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə