İstanbulun "Qalatasaray"futbol klubuna transfer olunan portuqaliyalı futbolçu Bruma, yeni komandası ilə 5 illik sözləşmə imzaladıqdan sonra, iddialı açıqlamalarla çıxış edib. Siasport.az satyı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, 18 yaşlı gənc futbolçu "Qalatasaray"ın dünya səviyyəli ulduz futbolçuları olan Droqba və Sneyderdən çox şey öyrənəcəyini dilə gətirərək bildirib ki, İstanbul klubuna transfer olunmağında bu futbolçuların "Qalatasaray"da çıxış etmələri də mühüm rol oynayıb: "Droqba və Sneyderin "Qalatasaray"da oynamalarını biləndən sonra bu komandaya olan inamım daha da artdı. Fatih Terim kimi dünya səviyyəli baş məşqçinin rəhbərliyi altında əla dövr keçirəcəyimi düşünürəm. Məni Portuqaliyada "Yeni Ronaldo" adlandırırlar. Bundan qürur duyuram. Amma söz verirəm ki, oynayacağım futbolla gerçəkdən yeni Ronaldo olacam. Heç şübhəsiz ki, UEFA Çempionlar Liqasında "Qalatasaray"ın uğur qazanması üçün var qüvvəmlə mübarizə aparacam."-deyə Bruma fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB