Futbol üzrə Türkiyə millisinin və "Qalatasaray"ın baş məşqçisi olan Fatih Terim, doğum gününü milli komandanın təlim-məşq bazasında qeyd edib. Siasport.az saytı xəbər verir ki, Andorra ilə keçiriləcək qarşılaşma ilə bağlı təlim-məşq prosesi keçən milli komandanın futbolçuları, "imperator"un doğum günü ilə əlaqədar ona sürpriz ediblər. Belə ki, təlim-məşq bazasına gələn 60 yaşlı baş məşqçi futbolçuların sürprizi ilə qarşılaşıb. Futbolçular, üzərində F.Terimin yaş gününü bildirən tortu kəsiblər. Daha sonra isə, üzərində bütün futbolçuların imzası olan 60 nömrəli milli komanda forması "imperator"a hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB