Məsut Özilin Madrid "Real"ını "Arsenal"a dəyişməsi hələ də ciddi müzakirə mövzusu olaraq qalır. Siasport.az saytı xəbər verir ki, türk əsillli alman futbolçuya qarşı daha bir ulduz futbolçu "üsyan" qaldırıb. Belə ki, "Real"ın portuqaliyalı ulduz futbolçusu sayılan Kriştiyanu Ronaldo da keçmiş komanda yoldaşının "Arsenal" yolunu tutmasını qəzəblə qarşılaşdığını elan edib: "Mən M.Özilin başqa komandaya keçidini təəssüflə qarşıladım. Mən heç cürə başa düşə bilmədim ki, o niyə "Arsenal" yolunu tutdu?. Biz onunla əla tandem təşkil edirdik. Komandada oyun zamanı məni başa düşən nadir futbolçulardan biri idi. Onun gedişinə həm təəsüfləndim, həm də qəzəbləndim."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB