U-19-un heyətində dəyişiklik edilib

U-19-un heyətində dəyişiklik edilib

Xəbər verdiyimiz kimi, sentyabrın 5-dən 11-ə qədər Rusiyanın Novorossiysk şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, Rusiyaya gedəcək futbolçuların siyahısında bir dəyişiklik edilib. Bilal Abbaszadə ("Qarabağ" klubu) zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində Qazaxıstanın "Şaxtyor" (Karakanda) klubunun oyunçusu Zair Emzayev yığmaya dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə