“Rəvan” “Şahdağ”la qarşılaşacaq

Bakının "Rəvan" futbol komandası yığma komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, komanda birinci divizion təmsilçisi Qusarın "Şahdağ" kollektivi ilə qarşılaşacaq. Oyun sentyabrın 7-də "Bayıl Arena"da keçiriləcək.
Baş məşqçi Vladislav Qədirov bu görüşdə bütün futbolçulara şans vermək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə