Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən "İnter" - "Simurq" matçı bəzi statistik göstəricilərlə də yadda qalıb. Siasport.az saytının məlumatına görə, matçın 31-ci dəqiqəsində "Simurq"un qapısını dəqiq hədəfə alan Bakı təmsilçisinin gənc yarımmüdafiəçisi İlqar Ələkbərov "İnter"in Azərbaycan çempionatı oyunlarında qol vurmaqla fərqlənən sayca 76-cı futbolçusu olub.
Cari mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulaye daxil olmuşdular. Vaqif Cavadov bu mövsüm "İnter"in heyətində birinci olsa da, Ruslan Əmircanov və Brüs Abdulaye komandada ötən ildən çıxış edirdilər, amma Premyer Liqanın 2012-13-cü il mövsümündə qol vurmaqla fərqlənə bilməmişdilər.
Qeyd edək ki, "İnter"in heyətində ən yaxşı bombardir uruqvaylı Valter Quqlemondur. Onun aktivində 28 qol var. Rəqibin qapısından 6 top az keçirmiş futbolçu Xaqani Məmmədovdur. Baçana Tsxadadzenin avtivində 18, Robertas Poşkusun aktivindəsə 14 qol var.
Əlavə edək ki, 2004-cü ildən başlayaraq "İnter" 269 matç keçirib. Komanda 145 oyunda qələbə qazanıb, 71 oyunda heç-heçə edib, 53 qarşılaşmada isə məğlub olub. Bu matçlarda "İnter" 377 qol vurub, qapısından 188 qol buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB