"Xəzər Lənkəran" "Qəbələ"də təlim-məşq toplanışı keçir

"Xəzər Lənkəran" "Qəbələ"də təlim-məşq toplanışı keçir

Topaz Premyer Liqasının son turunun oyunundan sonra Qəbələdə qalan "Xəzər Lənkəran" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Siasport.az saytının məlumatın görə, milli komandaların oyunu ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən istifadə edən cənub təmsilçmisi qısamüddətli təlim-məşq toplanışı müddətində "Qafqaz Resort" otelində yerləşib. Con Toşakın yetirmələri məşqlərini "Qəbələ" FK-nın akademiyasının meydançalarında keçirir.

Qeyd edək ki, hazırlıq prosesinə komanda tam heyətlə cəlb olunub. Yalnız Azərbaycan millisinə çağırılan Rahid Əmirquliyev, Elnur Allahverdiyev və Rasim Ramaldanov, Makedoniya millisinə cəlb olunan Nikola Qliqorov, həmçinin Azərbaycanın U-21 millisinin üzvləri Orxan Sadıqlı və Ağabala Ramazanov beynəlxaq oyunlarla əlaqədar toplanışda iştirak edə bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə