Qaret Beylin 100 milyon avro müqabilində "Real" (Madrid) klubuna transfer olunmasına UEFA prezidenti Mişel Platini də biganə qalmayıb. Siasport.az saytının məlumatına görə, UEFA prezidenti uelsli futbolçunun qiymətinin 100 milyon avro olduğuna inanmadığını qeyd edib: "Beylin qiymətinin 100 milyon avro olduğuna inanmıram. Ancaq bu, mənim işim deyil. İki klub uzun müddət bu transferlə bağlı danışıqlar aparıblar və sonda öz aralarında razılığa gəliblər. Bu, həyat və biznesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB