Kolin Kazım “Qalatasaray”dan ayrıldı

Kolin Kazım “Qalatasaray”dan ayrıldı

"Qalatasaray"ın futbolçusu Kolin Kazımın yeni klubu bəlli olub.

Siasport.az saytının verdiyi məlumata görə, təcrübəli futbolçu "Bursaspor"la 4 illik transfer müqaviləsi imzalayıb.

Sabiq baş məşqçisi Fatih Terim Çempionlar Liqasında 27 yaşlı futbolçuya şans verməmişdi. Bu səbəbdən də Kolin Kazım yeni komanda axtarmaq qərarına gəlib. Qeyd edək ki, futbolçu üçün "Bursaspor"un 200 min avro ödədiyi söylənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə