Dünya futbol tarixinin 10 ən bahalı transferləri

Dünya futbol tarixinin 10 ən bahalı transferləri

Avropa klubları 2013-2014-cü il yay transfer mövsümünü başa çatdırdı. Siasport.az saytının verdiyi xəbərə görə, britaniyalı yarımmüdafiəçi Qaret Beylin son mövsümdə 100 milyon avro müqabilində "Real"a transferi onu dünya futbolu tarixində ən bahalı futbolçu kimi tanıtdırdı. Dünya futbol tarixində transferə çəkilən xərclərə görə, ilk onluğa daxil olan futbolçular haqqında məlumatları təqdim edirik:

1) Qaret Beyl – Uels yığmasının üzvü, 2013 – cü il sentyabrın ilk günlərində "Tottenhem" klubundan 100 milyon avroya "Real" klubuna transfer olunub.

2) Kriştianu Ronaldu – portuqaliyalı yarımmüdafiəçi, 2009 – cu ilin iyulunda "Mançester Yunayted"dən 94 milyon avroya "Real" klubuna transfer olunub.

3) Zinəddin Zidan – fransalı yarımmüdafiəçi, 2001 – ci ildə İtaliyanın "Yuventus" klubundan 73,5 milyon avroya "Real" klubuna tranfer olunub.

4) Zlatan İbrahimoviç – İsveçli hücumçu, əvvəllər "Milan"da çıxış edib. İspaniyanın "Barselona" klubuna 69,5 milyon avroya transfer olunub.

5) Kaka – braziliyalı hücumçu, 9 iyun 2009-cu il tarixdə "Milan" klubundan 69 milyon avro müqabilində "Real"a transfer olunub.

6) Edinson Kavani – uruqvaylı hücumçu, 2013 – cü ilin iyulunda "Napoli"dən Fransanın "Pari Sen Jermen" klubuna keçidi 64,5 milyon avroya başa gəlib.

7) Radamel Falkao – kolumbiyalı hücumçu, İspaniyanın "Atletiko" klubundan "Monako" (Fransa) klubuna keçidi 60 milyon avroya başa gəlib.

8) Luiş Fiqu – portuqaliyalı yarımmüdafiəçi, 2000 – ci ildə "Barselona"dan "Real" klubuna keçidi 60 miyon avroya başa gəlib.

9) Fernando Tores – ispaniyalı hücumçu, 2011 – ci ilin fevralında "Liverpul"dan "Çelsi" klubuna 58,5 milyon avroya tranfer olunub.

10) Neymar Da Silva Santos Junior – braziliyalı hücumçu, Santos klubundan 57 milyon avroya "Barselona"ya transfer olunub (27 may 2013 – cü ildə).

Bütün xəbərlər Facebook səhifəmizdə