Rəşad Əzizli U-21-ə dəvət edilib

Rəşad Əzizli U-21-ə dəvət edilib

"Simurq"un daha bir futbolçusu U-21-ə dəvət edilib. Siasport.az saytının məlumatına görə, gənc qapıçı Rəşad Əzizli 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının düşərgəsinə qoşulub. O, sentyabrın 2-dən 4-dək Bakı şəhərində və 9-dək İsraildə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Rəşad Əzizlidən başqa, U-21-ə "Simurq"un heyətindən Rəşad Eyyubov da dəvət edilib. Onlar Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrailin U-21 milli yığma komandası ilə beynəlxalq oyundada çıxış edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə