"Osasuna" baş məşqçisini qovdu

İspaniyanın "Osasuna" futbol klubu, baş məşqçi Xose Mendilibarla yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, yeni mövsümdə keçirilən hər üç qarşılaşmada meydandan məğlub ayrılan komandanın hazırkı durumu, klub prezidenti Miguel Archankonu bərk narahat edib. Komandanın mərkəzi ofisində keçirilən toplantı zamanı isə, baş məşqçi ilə yolların ayrılması barədə qərar qəbul olunub. Xatırladaq ki, X.Mendilibar 2011-ci ildən "Osasuna"nın sükanı arxasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə