Futbol üzrə Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşov İsrail yığması ilə oyun haqqında açıqlama verib. Siasport.az saytının məlumatına görə, futbolçu Vətənə qələbə ilə dönmək istədiklərini qeyd edib: "Çətin oyun olacaq, ancaq Bakıya qələbə ilə dönmək istəyirik. İsrail yığmasının bir neçə oyununu izləmişəm. Yaxşı futbolçuları var. Ancaq biz də zəif komanda deyilik. Qol vurmaq üçün əlimdən gələni edəcəm. Hazırda yaxşı formadayam. Millinin və klubumun son oyununda qol vurdum. Kimin qol vurmasının elə də fərqi olmayacaq. Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB